Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2020-ci ilin əvvəlinə planlaşdırılmış manat istiqrazlarının ikinci emissiyasını təxirə salıb.
Eləcə də bax: BOKT böyük məbləğli istiqraz emissiyası üçün danışıqlara başlayır - İLKİN ŞƏRTLƏR
FED.az xəbər verir ki, bu barədə bankdan bildirilib.
Bankda qeyd ediblər ki, Azərbaycanda maliyyə bazarında tənzimləmənin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə əlaqədar olaraq QDTİB manat istiqrazlarının ikinci emissiyasını bu sahədə daha çevik qanunvericiliyin yaranmasını gözləyərək təxirə salıb.
Qeyd edək ki, ötən ilin avqustun 1-də QDTİB 10 milyon manat məbləğində, hər biri 1 000 manat dəyərində olan 10 min ədəd istiqraz emissiya edərək Bakı Fond Birjasında yerləşdirib.
Marja