Sizə xaricdən pul gəlir? Bəs, onu hansı bankda qəbul etməyi düşünmüsünüzmü?
Budəfəki araşdırmamız cari hesabdan vəsaitin nağdlaşdırılması, yəni nağd vəsaitin məxarici ilə bağlıdır.
FED.az xəbər verir ki, bir çox banklarda müştəri özü nağd şəkildə daxil etdiyi vəsaiti həmin il ərzində nağdlaşdırdıqda, heç bir komisyon ödəməli olmur. Amma onun hesabına digər bir bankdan, hesabdan – istər xarici, istər yerli nağdsız şəkildə vəsait daxil olduqda nağdlaşdırma faizi tutulur. Sosial ödənişlər istisnadır.
Beləliklə banklarda, başqa hesabdan (xaricdən) vəsait gəldikdə nağdlaşdırma faizi nə qədərdir?
Araşdırma zamanı, banklar ilə ayrılıqda əlaqə saxlanılmış, həmçinin onların fiziki şəxslər üzrə hesablaşma tarifləri araşdırılmışdır.
Bankın adı | Xaricdən gələn pul AZN |
Xaricdən gələn pul Valyuta |
Azər Türk Bank | 0,5 | 0,5 |
Bank Avrasiya | 0,5 | 0,5 |
Ziraat Bank | 0,5 | 0,5 |
Xalq Bank | 0,5 | 0,5 |
Beynəlxalq Bank | 0,5 | 0,6 |
Rabita bank | 0,5 | 0,6 |
AF Bank | 0,5 | 0,7 |
AG Bank | 0,5 | 0,7 |
Amrah Bank | 0,5 | 0,7 |
Bank Silk Vey | 0,5 | 0,8 |
Bank Respublika | 0,5 | 0,8 |
ASB BanK | 0,5 | 0,8 |
KapitalBank | 0,6 | 0,6 |
Turan Bank | 0,6 | 0,6 |
Yapı Kredi Bank | 0,6 | 0,8 |
Nikoil Bank | 0,6 | 0,6-1 |
AccessBank | 0,7 | 0,7 |
Bank of Baku | 0,7 | 0,7 |
AtaBank | 0,8 | 0,8 |
NBC Bank | 0,8 | 0,8 |
DəmirBank | 0,8 | 1 |
ExpressBank | 1 | 1 |
VTB Bank | 1 | 1 |
MuğanBank | 1 | 1 |
Bank BTB | 1 | 1 |
Unibank | 1 | 1 |
Pasha Bank | ||
Gunay Bank |
Banco.az həmçinin bəzi bankların, sorğumuza verdiyi cavabları diqqətinizə təqdim edir.
Bank SilK Vey
Cari hesabdan nağdlaşdırma - milli vayutada 0,5% ,min - 1 AZN, xarici valyutada 0,8% min - 1 USD / EUR / GBP, 40 RUR
Qeyd: Əgər vəsait açıldığı filialda hesaba nağd şəkildə (plastik kart hesablar istisna olmaqla) mədaxil olunmuşdursa, 1 il müddətinə həmin məbləğ geri götürdükdə komissiya haqqı tutulmur.
Beynəlxalq Bank
Hesaba mədaxil edilən nağd pul mədaxil günündən 1 (bir) il müddətində çıxarıldıqda müştəridən nağd vəsaitin çıxarılmasına görə komisyon haqqı tutulmur
Paşa Bank
Hesablaşma-kassa əməliyyatları Bankın qüvvədə olan Tarifləri və tərəflər arasında imzalanan Müqavilə ilə tənzimlənir.
RabitəBank
Milli valyutada 0,5 % (razılaşma ilə) birdəfəlik - 10 AZN , Xarici Valyutada 0,6% min. 5 ABŞ dolları
Nikoil Bank
Cari hesabdan (o cümlədən gəlirli hesabdan) müştəri tərəfindən daha öncə nağd şəkildə mədaxil edilmiş vəsaitin verilməsi(hansı filialda mədaxil etməsindən asılı olmayaraq) - komissiya haqqı tutulmur. Cari hesabdan (o cümlədən gəlirli) nağd vəsaitin verilməsi (müştəri tərəfindən həmin gün mədaxil edilmiş məbləğ) - 0.6% (GBP -1%) Cari hesabdan (o cümlədən gəlirli hesabdan) daha öncə müştəri hesabına köçürülmüş vəsaitin verilməsi - 0.6% (GBP -1%)
AmrahBank
USD/EUR hesabları üzrə -0.7% min. 1 USD/EUR. Vəsait hesabı açılan filialdan çıxarılırsa, komissiya tutulmur. Başqa filialdan çıxarıldığı zaman AZN-0.5%, USD/EUR-0.7% komissiya tutulur.
Yapı Kredi Bank
Nağd pulun çəkilməsi: pul hesaba nağd daxil olduqda pulsuzdur.
Cari hesabınıza vəsait köçürmə yolu ilə gəldikdə AZN hesabından nağdlaşma komisyonu 0.6%, xarici valyuta hesabı olduğu zaman isə 0.8% təşkil edir. Vəsait cari hesabınıza nağd şəkildə yerləşdirilirsə nağdlaşma zamanı Yapıkredibank filiallarında komisyon tutulmur.
NBC BANK
Əgər fiziki şəxs hesabıdırsa o zaman 0.8 % nəğdləşdirməyə görə xidmət haqqı tutulur. Cari hesabınıza yerləşdirdiyiniz vəsaiti nəğdləşdirən zaman hər hansı xidmət haqqı tutulmur.
Xalq Bank
Nağd ödənişlə daxil olmuş vəsaitlər üzrə: Vəsaitlərin mədaxil olunması və çıxarılması eyni təqvim ilində həyata keçirildikdə nağdlaşdırma pulsuz olur.
ExpressBank
Cari hesabınıza vəsait xaricdən gəlirsə, nağdlaşdırma komissiyası 1% təşkil edəcək. Vəsaiti özünüz əlavə etsəz nağdlaşdırma komissiyası tətbiq olunmayacaq.
AtaBank
Cari hesabınıza vəsaiti özünüz yerləşdirmisinizsə nağdlaşdırma zamanı komissiya tutulmur. Cari hesabınıza vəsaiti köçürüblərsə, nağdlaşdırma komissiyası 0,8 % (min.2 AZN, USD) təşkil edir.
Kapital Bank
Cari hesabdan məxaric komissiyası 0.6% təşkil edir. Vəsait nağd şəkildə mədaxil olunubsa komissiya tutulmur. Filial daxilində müştəri tərəfindən nağd mədaxil edilən vəsaitlər əməliyyatın aparıldığı gündən sonrakı bir il ərzində komissiya tutulmadan nağd məxaric edilir.
DəmirBank
Cari hesabdan nağdsız daxil olan vəsait nağdılaşdirdığınız zaman 0.8% (milli valyutada), 1% xarici valyutada komissiya tutulur.
Bank of Baku
Xaricdən vəsait göndərilsə qeyd etdiyimiz kimi 0.7% (minimum 5 AZN) komissiya tutulur. Bakı filiallarında özünüz hesabınıza vəsait yerləşdirib sonra Bakı filiallarından nağdlaşdırma etsəniz komissiya tutulmur.
Unibank
Digər hesabdan vəsait gələrsə, 1% nağdlaşdırmaya görə komissiya haqqı tutulacaqdır. Əgər öz vəsaitinizi cari hesaba yerləşdirmisinizsə, 360 günə qədər faiz tutulmur. 360 gün və daha çox keçərsə 1% komissiya haqqı tutulacaqdır nağdlaşdırmaya görə.
VTB Azərbaycan
Əgər məbləğ digər Bankdan köçürülübsə nağdlaşdırma komissiyası 1% təşkil edir. Qrup Bank VTB - dən köçürülərsə nağdlaşdırma komissiyası 0,5 % (мин 1 USD/EUR/GBP/CHF) təşkil edir
AG Bank
Valyuta ilə 0.7%, manat ilə 0.5 %, öz vəsaitini nağdlaşdıranda baki filiallarında - 0%, rayon filiallarında isə - 0.2 %
Azər Türk Bank
Cari hesabın açılması üçün 10 AZN hesabaçma komissiyası tətbiq olunur. Hesaba daxil olan puldan komissiya tutulmur. Pul nağlaşdırıldıqda isə 0.5% komissiya tətbiq olunur.
AccessBank
Əgər həmin vəsait köçürmə vasitəsilə hesabınıza yatırılıbsa, o zaman, nağdlaşdırdıqda 0.7% bank komissiyası tutulur. əgər vəsaiti Cash İn ödəniş terminallarımızdan və ya kassalarımızdan hesabınıza yatırmısınızsa, nağdlaşdırdığınız zaman komissiya tutulmayacaq.
Bank BTB
Fiziki şəxslər üçün bütün valyutalarda nağdsız daxil olmuş vəsaitin çıxarlması 1%-dir.
@Banco