2019-cu ilin 9 ayında ölkəyə daxil olan pul baratları 793.5 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 998 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, ölkəyə daxil olan pul baratlar 204,5 milyon dollar və ya 20,5% azalıb.
2018-ci ildə isə ölkəyə daxil olan pul baratları 2017-ci ilə nəzərən 6% artaraq 1 milyard 80 milyon ABŞ dolları təşkil etmişdi.
Barat - bank və ya poçt vasitəsilə göndərilən puldur.
Marja