Xalq Bank yeni kampaniya ilə müştərilərə XalqKartı pulsuz əldə etmək imkanı yaradır. Kampaniya ərzində hər kəs XalqKart Petrol və XalqKart Cashback kartlarını ilkin mədaxilsiz və xidmət haqqı ödəmədən əldə edə biləcək!
Kampaniya iki mərhələli olmaqla 20 mart-5 aprel və 01-31 may tarixlərdə qüvvədə olacaq.
Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilind, həm də xaricdə apardığı nağdsız ödənişlərdən bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8% əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə və aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma imkanları mövcuddur. Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.
XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.