Azərbaycanda fəaliyyət göstərən “Xalq Bank” 2020-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 27 milyon 568 min manat (illik 0,8% və ya 220 min manat artım), faiz xərcləri 4 milyon 875 min manat (illik 15,5% və ya 894 min manat azalma) olub. Bankın xalis faiz gəliri 20 milyon 49 min manat olub. Xalis faiz gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% və ya 1 milyon 114 min manat çoxdur.
Bankın qeyri-faiz gəlirləri 7 milyon 880 min manat (illik 2,8 dəfə və ya 5 milyon 106 min manat artım), qeyri-faiz xərcləri 11 milyon 520 min manat (illik 0,7% və ya 81 min manat artım) olub.
“Xalq Bank” bu ilin ilk rübündə əməliyyat gəliri 16 milyon 409 min manat (illik 65,6% artım və ya 6 milyon 499 min manat artım) olub. Bank mümkün zərərlər üçün 5 milyon 441 min manat ayırmalar etdikdən sonra vergidən öncəki mənfəəti 10 milyon 972 min manat olub.
Bank 1 milyon 928 min manat vergi ödədikdən sonra 2020-ci ilin 1-ci rübünü 9 milyon 44 min manat ilə başa vurub. Xalis mənfəət ötən rübə görə 1 milyon 845 min və ya 25,6% artıb.
“Xalq Bank”ın bu ilin ilk rübündə cəmi aktivləri 2 milyard 282 milyon 872 min manat (rüblük 68 milyon 518 min və ya 3,1% artım), cəmi kapitalı 421 milyon 213 min (rüblük 138 milyon 389 min və ya 48,9% artım) olub. Bankın öhdəlikləri isə 1 milyard 861 milyon 659 min (rüblük 69 milyon 870 min manat və ya 3,6% azalma) olub.
Bankın kredit portfeli və depozit portfelində də artım olub. Belə ki, “Xalq Bank”ın kredit portfeli ötən rübə görə 206 milyon 848 min və ya 14,2% artaraq 1 milyard 665 min 295 manat olub. Bankın depozit portfeli 109 milyon 373 min manat və ya 7,6% artaraq 1 milyard 550 milyon 187 min manat olub.