Cari ilin avqust ayının 1-dən Xalq Bankın plastik kart sahibləri www.hesab.az -da ödəniş edərkən ikiqat bonus qazana biləcəklər.
Bunun üçün hesab.az saytında qeydiyyatdan keçərək və ya hesab.az mobil tətbiqini yükləyərək kommunal, mobil və stasionar rabitə, kabel televiziyası, internet provayderlərin və s. ödənişləri bu səhifə vasitəsilə həyata keçirmək kifayətdir. Hər ödəniş zamanı qazanılan bonus xalı avtomatik olaraq 2 qat artacaq. Bu təklif bank, sığorta, bilet alışı və qeydiyyatsız ödənişlərə şamil olunmur.
Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları Xalq Bankın MasterCard Gold plastik kartına dəyişə biləcəklər. Qeydiyyatdan keçmiş istifadəçilər “Dərhal dəyiş” bölməsinə daxil olaraq 25.000 bonus xalını ilkin mədaxilsiz, pulsuz MC Gold plastik kartına dəyişə bilərlər. Aksiya sentyabr ayının 30-dək qüvvədədir.
Xalq Bankın plastik kartlarını bankın istənilən filialından əldə etmək mümkündür. Bankın kampaniya və aksiyaları, eləcə də plastik kartlar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən, eləcə də www.xalqbank.az saytından almaq mümkündür.