«Xalq Bank» ASC 2018-ci ilin ilk 9 ayı üçün maliyyə nəticələrini açıqlayıb.
Eləcə də bax: Kreditlərinin 44%-ni geri ala bilmir - BANK HESABATI
FED.az “Xalq Bank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 82 mln 146 min manat, faiz xərcləri 17 mln 512 min manat təşkil edib. Sonda xalis faiz gəlirləri 64 mln 634 min manata olub.
2018-ci ilin 3-cü rübü üçün bankın qeyri-faiz gəlirləri 3 mln 973 min manat ,qeyri-faiz xərcləri isə 30 mln 496 min manat olub. Yekunda, bankın əməliyyat mənfəəti 38 mln 111 min manat təşkil edib.
Aktivlər üzrə mümükün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 17 mln 836 min manat olub, qeyd edək ki, bu göstərici ilin əvvəlində 25 mln 194 min manat idi.
Eləcə də bax: «Zəng edirlər ki, zaminliyimi ləğv edin, istəmirəm» - BANKİRLƏ MÜSAHİBƏ
“Xalq Bank” 2018-ci ilin 3-cü rübünü 17 mln 959 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2018-ci ilin 2-ci rübünü 12 mln 318 min manat, 2017-ci ilin sonunu isə 17 mln 607 min manat mənfəətlə başa vurmuşdu. Başqa sözlə, bankın mənfəətində 350 min manatlıq artım var.
FED.az “Xalq Bank”ın “Balans” hesabatına istinadən bildirir ki, bankın cəmi aktivləri 2018-ci ilin ilk 9 ayında ilin əvvəlinə nəzərən 7,02% artaraq 1 mlrd 941 mln 13 min manata yüksəlib, cəmi kapital isə 4,97% artaraq 272 mln 761 min manat olub.
2018-ci ilin 3-cü rübünün nəticələrinə görə, bankın kredit portfeli 1 mlrd 179,7 mln manat təşkil edib.a