Xalq Bankın MasterCard plastik kart sahibləri Hotels.com saytında hotel rezervasiya etdikdə dərhal 10% endirim imkanından yararlanacaqlar.
Qeyd olunan endirimdən faydalanmaq üçün Hotels.com səhifəsindən bron və ödəmə səhifəsindən AFMCARD217 endirim kodunu qeyd etməyiniz kifayətdir. Ödəniş Xalq Bankın MasterCard kartı ilə aparılmalıdır. Göstərilən kod həm ölkədaxili, həm də ölkəxarici hotellərin rezervasiyası üçün nəzərdə tutulur.
Kampaniya 31 dekabr 2017-ci il tarixədək etibarlıdır və burada yaşı 18-dən yuxarı olan istər rezident, istərsə də qeyri-rezident şəxslər iştirak edə bilərlər.
MC Debit, MC Standard, MC Gold, MC Business və MC World Black Edition kartlarını Xalq Bankın istənilən filialında əldə etmək mümkündür. MC Debit, MC Standard, MC Gold, MC Business kartları müştərilərə pulsuz təqdim edilir. Plastik kartlar, eləcə də Bankın digər xidmət və aksiyaları haqda məlumatı Bankın filiallarında, 138 Məlumat Mərkəzindən və www.xalqbank.az internet səhifəsindən almaq mümkündür.