Azərbaycanın bank sektorunun liderlərindən olan «Xalq Bank»ın 2026-cı ilin üçüncü rübünün sonuna maliyyə vəziyyəti açıqlanıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar–sentyabr aylarında bankın faiz gəlirləri 152,9 milyon manat, faiz xərcləri isə 58,5 milyon manat olub.
Faiz gəlirlərinin 118,1 milyon manatı kreditlər üzrə faiz gəlirlərinin, 8,3 milyon manatı isə qiymətli kağızlar üzrə faiz gəlirlərinin payına düşüb.
«Xalq Bank» digər banklarla əməliyyatlardan 18 milyon manata yaxın gəlir əldə edib. Belə ki, bunun 6 milyon manatı başqa banklara və maliyyə qurumlarına verilən kreditlər üzrə faiz gəlirlərinin, 11,7 milyon manatı isə başqa banklarda və maliyyə qurumlarında yerləşdirilən depozitlər üzrə faiz gəlirlərinin payına düşüb. Daha 8,9 milyon manat isə digər mənbələrdən əldə edilib.
Faiz xərclərində də vəziyyət təxminən eynidir. «Xalq Bank» ilk 9 ayda bankdakı depozitlərin sahiblərinə 37 milyon manat faiz ödəyib. Eyni zamanda, digər banklarla əməliyyatlar üzrə «Xalq Bank»ın 20 milyon manata yaxın xərci olub. Belə ki, bank digər banklardan alınan kreditlər üzrə 12,9 milyon manat faiz ödəyib. Bundan başqa, digər bankların və maliyyə təşkilatlarının «Xalq Bank»da yerləşdirdiyi depozitlərə görə həmin qurumlara 7 milyon manat faiz ödənilib.
Yekunda bankın xalis faiz gəlirləri 94,4 milyon manat təşkil edib.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 31,5 milyon manat, qeyri-faiz xərcləri isə 92,6 milyon manat olub.
Qeyri-faiz gəlirlərinin 25,8 milyon manatını xidmətlərdən əldə olunan komissiya gəlirləri, 3,2 milyon manatını valyuta əməliyyatlarından xalis gəlirlər, 1,9 milyon manatını isə təsərrüfat cəmiyyətlərində iştirakdan və qiymətli kağızların satışından əldə olunan gəlirlər təşkil edib.
Qeyri-faiz xərclərinə gəlincə, əməkhaqqı və digər kompensasiya növləri üzrə xərclər 46,5 milyon manat, ümumi və inzibati xərclər 9 milyon manat, amortizasiya xərcləri 6,5 milyon manat, digər xərclər isə 30,5 milyon manat təşkil edib.
Hesabat dövründə bankın mənfəət vergisi ödənilənədək mənfəəti 34,6 milyon manat, mənfəət vergisi üzrə xərci isə 10,6 milyon manat olub. Yekunda bank bu ilin ilk 9 ayında 24,1 milyon manat xalis mənfəət əldə edib.
2026-cı ilin üçüncü rübünün sonunda «Xalq Bank»ın cəmi aktivləri 2 milyard 827,9 milyon manat təşkil edib. Aktivlərin 1 milyard 910,9 milyon manatı kredit portfelinin payına düşüb. Kredit portfeli ilin əvvəlindən 63,5 milyon manat və ya 3,4% artıb.
Bundan başqa, nağd vəsaitlərin həcmi son 9 ayda 17,6 milyon manat və ya 34,6% artaraq 68,4 milyon manata yüksəlib. Mərkəzi Bankdakı müxbir hesabın qalığı 141,5 milyon manat, başqa banklardakı müxbir hesabların qalığı 117,7 milyon manat, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər 264,7 milyon manat, digər maliyyə institutlarına verilmiş xalis kreditlər isə 68,9 milyon manat təşkil edib.
Bəhs olunan dövrün sonunda bankın cəmi öhdəlikləri 2 milyard 291,8 milyon manat olub. Öhdəliklərin 1 milyard 598,4 milyon manatı depozitlərin payına düşüb. Fiziki şəxslərin depozitləri 698,5 milyon manata, hüquqi şəxslərin depozitləri isə 900 milyon manata çatıb.
Bankların və digər maliyyə institutlarının «Xalq Bank»dakı depozitləri 286 milyon manat olub. Bunun 65,7 milyon manatını bankların, 220,3 milyon manatını isə banklar istisna olmaqla, digər maliyyə institutlarının depozitləri təşkil edib. Eyni zamanda, digər maliyyə institutlarının «Xalq Bank»a verdiyi kreditlər 280,4 milyon manat olub.
Nəticədə, bu ilin üçüncü rübünün sonunda bankın cəmi kapitalı 536,1 milyon manat təşkil edib. Kapitalın 510,1 milyon manatı xüsusi kapitalın, 26 milyon manatı isə ümumi ehtiyatların payına düşüb.












![«Xalq Bank»ın kredit portfelində 65 milyonluq artım – [red]24 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/381871.png)
![«Xalq Bank»ın kredit portfelində 65 milyonluq artım – [red]24 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/2868017.jpeg)
![«Xalq Bank»ın kredit portfelində 65 milyonluq artım – [red]24 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/4947690.jpeg)
![«Xalq Bank»ın kredit portfelində 65 milyonluq artım – [red]24 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/490024.jpeg)
![«Xalq Bank»ın kredit portfelində 65 milyonluq artım – [red]24 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/1618582.jpeg)
![«Xalq Bank»ın kredit portfelində 65 milyonluq artım – [red]24 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/4453536.jpeg)
![«Xalq Bank»ın kredit portfelində 65 milyonluq artım – [red]24 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/1651253.jpeg)









