“Xalq Bank”ın 2020-ci il üzrə audit hesabatı təqdim edilib. Hesabatı “ANR Audit” MMC aparıb.
Eləcə də bax: “Xalq Bank” ötən il 60 nəfəri - İşçi Heyətinə Qatıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Xalq Bank”ın illik mənfəəti 25 milyon 96 min manat olub.
“Xalq Bank”ın 2020-ci ildə faiz gəlirləri 103 milyon 302 min manat (əvvəlki il 110 milyon 720 min manat), qeyri-faiz gəlirləri 23 milyon 301 min manat (əvvəlki il 16 milyon 948 min manat), faiz xərcləri 19 milyon 713 min manat (əvvəlki il 19 milyon 626 min manat), qeyri-faiz xərcləri isə 60 milyon 594 min manat (əvvəlki il 43 milyon 513 min manat) təşkil edib.
31 dekabr 2020-ci il tarixinə “Xalq Bank”ın cəmi aktivləri 2 milyard 330 milyon 897 min manat olub ki, bu da illik müqayisədə 4% azalma deməkdir. Bunun 1 milyard 419 milyon 665 min manatı müştərilərə verilmiş kreditlərdir.
Hesabat dövründə bankın cəmi öhdəlikləri 2 milyard 34 milyon 302 min manatdan 1 milyard 916 milyon 886 min manata düşüb, cəmi kapitalı isə 396 milyon 176 min manatdan 414 milyon 12 min manata çatıb.
Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50 %-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.