Xalq Bankın MC plastik kart sahibləri 20 sentyabr – 31 oktyabr 2018-ci il tarixlərdə Türkiyənin məşhur www.hepsiburada.com saytında alış-veriş etdikləri zaman 10% endirim qazanacaqlar.
Bankdan FED.az-a verilən məlumata görə, müvafiq endirimdən yararlanmaq üçün müştəri əvvəlcə bu saytda qeydiyyatdan keçməli və promo kod bölməsində MASTERCARD10 endirim kodunu daxil etməlidir.
Sözügedən kampaniyada Xalq Bankın bütün MasterCard kredit və debit kartları iştirak edir. Təqdim olunan endirimlə http://www.hepsiburada.com/hepsiglobal linkinə daxil olaraq alış-verişə başlamaq mümkündür. Endirim yalnız bir dəfə, ilk alış-veriş üçün nəzərdə tutulub.
Xalq Bankın MC Debеt, MC Standard və MC Gold plastik kartlarını bankın istənilən filalında pulsuz əldə etmək mümkündür.
Bankın keçirdiyi digər aksiya və kampaniyaları haqda daha ətraflı məlumatı www.xalqbank.az saytından və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.
"Xalq Bank"dan 10%-lik endirim - BAŞLADI
18:19
27 Sen 2018