ASC “Xalq” bankının Biznesin inkişafı İdarəsininə rəisi vəzifəsinə müvəqqəti [digər bank strukturlarında bu departament sayılır] idarəedici təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə “Xalq Bank”ın kadrı olan 27 yaşlı gənc Tural Əli oğlu Qulubəyli təyin edilib.
Eləcə də bax: "Beynəlxalq Bank"da yeni - TƏYİNAT
Qulubəyli buna qədər adıçəkilən idarənin rəisinin vəzifəsini müvəqqəti icraedicisi sayılırdı. Artıq vəzifə icrasına bu aydan başlayıb.
T.Qulubəyli 26.01.1992-ci ildə anadan olub və ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bitirib.
“Xalq Bank”da iş karyerasına 2015-ci ildə Biznessin inkişafı idarəsində mütəxəssis kimi başlayıb, 2018-ci ildən sonra isə şöbə müdri vəzifəsinə yüksəlib.