Azərbaycan bank sektorunda aktivlərinə görə 4-cü ən böyük bank olan ASC “Xalq” bankının (Xalq Bank) Xəzindarlıq İdarəsinin yeni rəhbərinin vəzifəsi təsdiqlənib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, əldə etdiyi məlumata əsasən, bu günə qədər adıçəkilən idarədə rəis vəzifəsini müvəqqəti icraedici olan Rövşən İsmayılov təyin edilib.
Xatırladaq ki, “Xalq Bank” ASC-də hazırda 12 İdarə vardır.
Əlavə olaraq bu bankın təşkilatı strukturu departament deyil, idarələrdən təşkil olunur.
Eləcə də bax: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi - TƏYİN OLUNUB