Azərbaycanın bank sektorunun liderlərindən olan «Xalq Bank»da personala ödənilən orta aylıq əmək haqqı məlum olub.
FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, bankda bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 3 258 manat təşkil edib.
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə «Xalq Bank»da işçilərin əmək haqqı xərclərinə 37 milyon 686 min manat sərf edilib.