Xalq Bankın 2018-ci ilin 15 mart tarixdə başlayan və Bakcell-in “Ulduzum” loyallıq proqramının dəstəyilə keçirilən “Xalq Bankla Ulduzum hədiyyələr qazandırır” ani lotereyası cari ilin 15 sentyabr tarixində başa çatdı.
FED.az xəbər verir ki, qeyd olunan dövr ərzində Xalq Bankın filiallarında bank əməliyyatlarından (təcili pul köçürmələri, kommunal rabitə, internet, TV xidmətlərinin ödənişi, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartlarının əldə edilməsi, «Xalqbank-online» İnternet Bank xidmətinə qoşulma) istifadə edən hər müştəri Xalq Bank və “Ulduzum”dan müxtəlif hədiyyələr qazanmaq şansı əldə etmişdir. Lotereya müddətində 6000-ə yaxın müştəri pulsuz Bakcell dəqiqələri, Azpetrol yanacaq kuponları, Lamborghini Store Baku və Ferrari Store Baku-dan endirim kuponları və çoxsaylı hədiyyələrə sahib olmuşdur.
Xalq Bankın keçirdiyi digər kampaniyaları, eləcə də məhsulları haqda daha ətraflı məlumatı www.xalqbank.az saytından və ya 138 Məlumat Mərkəzindən almaq olar.
"Xalq Bank Ulduzumla hədiyyələr qazandırır!"
20:41
19 Sen 2018