Xalq Bank Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə 135 min manat ianə edib.
Türkiyəyə yardım edən Azərbaycan şirkətləri və şəxsləri – SİYAHI, MƏBLƏĞLƏR - YENİLƏNİR
FED.az xəbər verir ki, vəsaitlər Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
Qeyd etmək lazımdır ki, ötən həftə Xalq Bankın əməkdaşları da zəlzələ qurbanlarına dəstək məqsədilə şəxsi vəsaitləri hesabına toplanan 100,0 min ABŞ dolları məbləğini AFAD-ın hesabına köçürmüşdülər.
Beləliklə də Xalq Bank tərəfindən qardaş ölkəyə ümumi olaraq 300,0 min manatdan çox məbləğdə vəsait ianə edilmişdir.
Xalq Bank müştəriləri də XalqOnline mobil tətbiqi üzərindən qardaş ölkəyə dəstək göstərərək AFAD-ın hesabına ianə edə bilərlər.