FED.az Azərbaycanın ən böyük banklarından olan “Xalq Bank” ın gəlir mənbələrini təqdim edir.
Xalq Bank 2024-cü ilin II rübünün yekunlarını - AÇIQLADI
2024-ci ilin ikinci rübünün nəticələrinə görə, “Xalq Bank” ın ümumi gəlirləri 111 milyon 15 min manat təşkil edib. Bank bu göstərici ilə ölkədə 7-ci yeri tutur.
Hesabat dövründə (ikinci rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 61 milyon 661 min manatı və ya 56%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 12 milyon 208 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 11%-i deməkdir. Qeyd edək ki, bankın miqyaslarını – aktivlərin və kredit portfelinin həcmini nəzərə aldıqda, komissiya gəlirləri həm məbləğcə, həm də ümumi gəlirlərdəki payı baxımından nisbətən azdır.
Daha 4 milyon 321 min manat isə “Xalq Bank” ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 4%-i.
İkinci rüb ərzində “Xalq Bank” qiymətli kağızlara yatırımlardan 15 milyon 914 min manat gəlir götürüb. Ümumi gəlirlərin 14%-i fond bazarından gəlir.
Daha 12 milyon 348 min manat isə “Xalq Bank” ın başqa banklara verdiyi kreditlərdən və depozitlərdən daxil olub.
Ümumiyətlə, “Xalq Bank” klassik bank biznesinə üstünlük verən baklardan sayılır – onun gəlirlərinin 82%-i faiz, 18%-i qeyri-faiz gəlirlərindən ibarətdir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
61 661 |
56% |
Komissiya haqları |
12 208 |
11% |
Valyuta əməliyyatlarından gəlirlər |
4 321 |
4% |
QK-a investisiyadan gəlir |
15 914 |
14% |
Digər banklara depozitlərdən gəlirlər |
3 671 |
3% |
Digər banklara kreditlərdən gəlirlər |
8 587 |
8% |
Digər faiz gəlirləri |
1 020 |
1% |
Digər qeyri-faiz gəlirləri |
3 633 |
3% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
111 015 |
100% |