Ölkə əhalisinin sağlamlıq durumuna təhlükə yarada biləcək COVID-19 virusunun yayılması təhlükəsini azaltmaq məqsədi ilə Xalq Bank mart, aprel, may və iyun aylarında vaxtı bitən ödəniş kartlarının istifadə müddətini 31.07.2020-ci il tarixədək uzatdı.
FED.az xəbər verir ki, istifadə müddəti 2020-ci ilin mart, aprel, may və iyun aylarında başa çatacaq kartların sahiblərinə kartlarının müddətini uzatmaq üçün Banka gəlməyə ehtiyac yoxdur. Ödəniş kartlarının müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılacaq. Bu müddət ərzində həmin kartlarla bütün ölkədaxili əməliyyatları həyata keçirmək mümkün olacaq.
Xalq Bank karantin vaxtı bütün müştərilərini #evdəqal aksiyasına qoşulmağa çağırır, ödəniş kartlarının verdiyi üstünlüklərdən faydalanmağı - onlayn alış-veriş etməyi, nağdsız ödəməyi və kartların təmassız ödəniş funksiyasından istifadə etməyi tövsiyyə edir.
Daha ətraflı məlumatı Bankın www.xalqbank.az veb-səhifəsində və yaxud 138 nömrəsi vasitəsilə Məlumat Mərkəzindən əldə edə bilərsiniz.