ASC “Xalq” Bankı nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində həyata keçirdiyi səmərəli tədbirlər və Visa plastik kartlarının ümumi əməliyyat dövriyyəsində nail olduğu ən sürətli artım tempinə görə Visa International beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.
Xalq Bank 2017-ci ildən Visa International beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. Bank və Visa ödəniş sistemi 2009-cu ildən əməkdaşlıq edirlər. Xalq Bank hazırda Visa Electron, Visa Gold, Visa Classic, Visa Platinum, Visa Business və internetdə ödənişlər etmək üçün nəzərdə tutulan Visa Virtuon kartlarını buraxır. Kartları Bankın istənilən filialında pulsuz əldə etmək olar. Visa kart əməliyyatlarının təhlükəsizliyi ən müasir güvənlik sistemləri ilə təmin edilir.