ASC “Xalq” Bank 2017-ci ili 17 milyon 606 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2016-cı ilin sonu ilə müqayisədə 70% çoxdur. Bu barədə “Xalq” Bankdan daxil olmuş məlumatda deyilir.
Bankın məlumatında qeyd olunur ki, 2017-ci ilin sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 145,03 milyon manat və yaxud 8.7 % artaraq 1 milyard 813 milyon 647 min manat təşkil edib.
Bankın kapitalı isə 2016-cı ilin sonu ilə müqayisədə 22,2 milyon manat (9.34%) artaraq 259 milyon 839 min manat həcmində qeydə alınıb.
2017-ci il ərzində Xalq Bank kredit portfelinə görə Azərbaycanın ən böyük özəl bankı statusunu qoruyub. Bankın 2018-ci il 1 yanvar tarixə kredit portfeli 1 milyard 312 milyon 223 min manat olub. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 37,7 milyon manat çoxdur.
"Bank tərəfindən görülən səmərəli tədbirlər nəticəsində kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi ötən dövr ərzində 22% azalaraq 62 milyon 869 min manat təşkil etmişdir".
Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi ötən illə müqayisədə 6,55% artaraq 1 milyard 170 milyon 909 min manata çatıb.