Bu gündən etibarən Xalq Bankın Mastercard kartları üçün Android və xidməti dəstəkləyən WearOS cihazlarında Google Pay™ xidməti aktiv olacaq.
Qarşılayın: "Xalq Bank"ın yeni rəqəmsal məhsulu - Digital Card!
Google Pay ödənişlərini həyata keçirmək üçün müştərilər kartlarını rəqəmsal pul kisəsində, Google Wallet™-də saxlaya biləcəklər.
Google Pay kart sahiblərinə təmassız ödənişlərin qəbul edildiyi ticarət və xidmət obyektlərində, tətbiqlərdə və internet səhifələrində rahat, sürətli və təhlükəsiz ödənişlə alış-veriş etmək imkanı verən kartsız ödəniş üsuludur. Bu xidmətlə mağazalarda ödənişi həyata keçirmək üçün Android əməliyyat sistemini dəstəkləyən smartfonu cihaza yaxınlaşdırmaq kifayətdir.
Google Pay-i sazlamaq çox asandır. Bunun üçün XalqOnline mobil tətbiqi üzərindən, yaxud Android cihazınızdakı Google Play Store-dan Google Wallet-i yükləyərək oradakı təlimatlara əsasən Xalq Bank kartını xidmətə əlavə etmək kifayətdir.