“Xalq Bank” ASC “Bakı Ayaqqabı-2” ATSC-dəki iştirak payını 98,26%-dən 98,25%-ə çatdırıb.
Bu barədə Bankın illik audit hesabatında verilib.
Xatırladaq ki, sözügedən ayaqqabı istehsalçısı səhmdar cəmiyyəti kimi 1998-ci ildə təşkil edilib. Ötən il onun ləğv olunmasına qərar verilib. Bu il martın 24-də ləğvetmə prosesinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddət başa çatıb. Amma müəssisənin minoritar səhmdarlarına ləğvetmənin yekunları barədə hələ ki, məlumat verilməyib.