ASC “Xalq” Bankı müştərilərinin rahatlığını təmin etmək, onların vaxt itkisinin qarşısını almaq məqsədi ilə kreditlərin onlayn ödənişi xidmətini genişləndirir.
“GoldenPay” onlayn ödəmə sistemi ilə bağlanan əməkdaşlıq sazişinə əsasən Xalq Bankın fiziki şəxs müştəriləri manatla olan kreditlərini bu gündən etibarən “GoldenPay” onlayn ödəmə sistemi üzərindən www.xalqbank.az və www.hesab.az saytları vasitəsi ilə ödəyə bilərlər.
Xalq Bankın xidmət və məhsulları haqda ətraflı məlumat almaq üçün Bankın filiallarına və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.