Avqustun 1-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 13-cü tirajı keçirilib.
13-cü tirajın qalibləri – son həftə ərzində 45 bilet toplayan Mustafayeva Mehriban Kərəm qızı, 27 biletlə Fətulla Oqtay Eminağa oğlu və 25 biletlə Ağayev Ülvi Ədalət oğlu Xalq Bank tərəfindən Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə qazanıblar.
Cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər.
Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.
Lotereyanın 14-cü tirajı avqustun 8-də keçiriləcək və bu tirajda səyahət kuponları və "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.