Yanvarın 10-da ASC “Xalq” Bankı plastik kart sahibi olan müştəriləri üçün “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyasının sonuncu tirajını keçirib.
Bankdan verilən məlumata görə, Tiraj komissiyasının üzvlərinin iştirakı ilə keçirilən uduşda 118 309 bilet iştirak edib. Uduşda dekabr ayı ərzində 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri iştirak edib.
“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın onuncu uduşunda bilet №15272413 - Səmədova Nərgiz Georgiyevna; bilet №15223796 - Hüseynov Ağa Aslan oğlu və bilet №15307913 - Cavadova Sevinc İmran qızı qalib gəlib. Uduşun qalibləri Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) əldə ediblər. Kuponlar qalibə verildiyi andan 2 ay müddətində etibarlıdır.
“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixədək davam edib. Lotereya 10 tirajdan ibarət olmaqla 30 şanslı qalibə “İstirahət turu” kuponu qazandırıb. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana biliblər. Lotereyada Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da iştirak edib.
Plastik kartları bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən əldə etmək olar.