Vəzifə: Maliyyə İdarəsinin Maliyyə təhlili və nəzarəti şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
• Ali magistr təhsili (Maliyyə və İqtisad arzuolunandır);
• Müvafiq sahədə minimum 1 il iş stajı;
• Mühasibat uçotu, Mərkəzi Bank və AR Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlılığı sahəsində təcrübə və biliklər (bank təcrübəsi olanlara üstünlük veriləcəkdir);
• Bank qanunvericiliyi, Vergi qanunvericiliyi haqqında biliklər;
• Yüksək dərəcədə analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Təcrübəli MS Office istifadəçisi olan, (xüsusi ilə “Excel” - i mükəmməl şəkildə bilən);
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.
İşin təsviri:
• Bankdaxili hesabatların hazırlanması;
• AR Maliyyə Bazarlarına Nəzarət Palatasınavə digər dövlət qurumlarına hesabatların verilməsi;
• Bankdaxili hesablar üzrə əməliyyatlara nəzarətin həyata keçirilməsi;
• Tələb olunan hesabatların avtomatlaşdırılması.
QEYD:
Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34