Xalq Bank
Vəzifə: Maliyyə İdarəsinin Mühasibat şöbəsinin mühasib-mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali magistr təhsili (Maliyyə və ya Iqtisadi arzuolunandır);
• Mühasibat uçotu sahəsində təcrübə və biliklər;
• Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklər;
• 1C 8.3 versiyasının istifadəçisi;
• MS Office proqramlarından istifadə etmək bacarığı (xüsusi ilə Excell)
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Xarici dil bilikləri, ACCA və sairə olan namizədlərə üstünlük veriləcəkdir.
İŞİN TƏSVİRİ:
• 1C 8.3 versiyasında əsas vəsaitlərin və qeyri-maddi aktivlərin maliyyə və vergi uçotu üzrə aşağıdakı əməlyyatlarının aparılması;
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə mədaxil/məxaric əməliyyatlarının uçotu;
• Əsas vəsaitlər üzrə təmir, saxlama və istismar xərclərinin uçotu;
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə amortizasiyasının və vergilərin hesablanması (əmlak vergisi, torpaq vergisi);
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə hesabatların (daxili, vergi və statistika) hazırlanması;
• İnventar, azqiymətli və tezköhnələn əşyaların uçotu.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34