2018-ci ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qoruyub. Belə ki, cari ilin üçüncü rübünün sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 127.365 mln manat və ya 7,02% artaraq 1,941.013 mlrd manat təşkil edib. Bankın məcmu kapitalı isə сari ilin 9 ayı ərzində 12,910 mln manat və ya 5% artaraq 271,181 mln manata çatıb.
Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 9,72% artıb, faiz xərcləri isə 11,6% azalıb. Bunun nəticəsində Bankın xalis faiz gəlirləri 2017-ci ilin 9 ayının yekunları ilə müqayisədə 17,38% artaraq 65,634 mln manat təşkil edib. Qeyd etmək lazımdır ki, xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranıb.
Xalq Bank 2018-ci il ərzində öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövru ilə müqaisədə 36,84% artaraq ilin ilk üç rübünü 17,959.27 mln manat mənfəətlə bitirib.
Xalq Bank III rübü uğurla başa vurdu
12:29
23 Okt 2018