Azərbaycanın aparıcı banklarından biri, aktivlərin həcminə görə, ölkənin 4-cü böyük bankı olan «Xalq Bank» 2023-cü ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövnründə bankın sürətlə böyüyüb, mənfəəti isə kəskin artıb. Beləliklə,
Faiz gəlirləri kəskin artıb
Hesabat dövündə bankın faiz gəlirləri 35,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründən 11 milyon manat və ya 45% artıqdır. Faiz gəlirlərinin 27,5 milyon manatı kredit portfelindən daxil olan faizlərdir. Daha 2,5 milyon manatı isə «Xalq Bank» qiymətli kağızlardan əldə edib.
Başqa banklara verildən kreditlər «Xalq Bank»a 1,2 milyon manat, başqa banklarda yerləşdirilən depozitlər isə 1,8 milyon manat gəlir gətirib.
Əmanət sahiblərinə 4 milyon manat ödənilib
Bankın faiz xərcləri isə 6,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövründən 900 min manat və ya 17% artıqdır.
Faiz xərclərinin 4,1 ilyon manatı bankdakı əmanət sahiblərinə ödənilən faizlərdir.
Daha 1,8 milyon manatı isə «Xalq Bank» başqa banklardan əldə etdiyi kreditlərə görə faiz ödəyib. Nəticədə bankın xalis faiz gəliri 29,2 milyon manat olub.
Qeyri-faiz gəlirləri 35% yüksəlib
2023-cü ilin 1-ci rübündə bankın qeyri faiz gəlirləri 7 milyon manat (35% artıb), qeyri-faiz xərcləri isə 16,1 milyon manat (22% artıb) olub.
Bu dövrdə «Xalq Bank»da əmək haqları ötən ilin ilk 3 ayı ilə müqayisədə 900 min manat və ya 13,5% artaraq 7,6 milyon manata yüksəlib.
20 milyon manat əməliyyat mənfəəti
Nəticədə bank 1-ci rübü 20,1 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Bundan 7,1 milyon manat ehtiyatlara ayrılıb, 18 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə 1-ci rübdə «Xalq Bank»ın xalis mənfəəti 11,2 milyon manat olub.
Bu 2022-ci ilin eyni dövründən 4,2 milyon manat və ya 60% artıqdır.
«Xalq Bank» böyüməkdə davam edib
2023-cü ilin 1-ci rübünün nəticələri üzrə «Xalq Bank»ın aktivləri rekord həddə çatıb – 2,7 milyard manat. İlin əvvəli ilə müqayisədə aktivlər 313 milyon manat və ya 13% artıb.
Kredit portfeli artıb
Bu dövrdə bankın ümumi kredit portfeli 1 milyard 775 milyon manata yüksəlib. Bu 2022-ci ilin sonu ilə müqayisədə 353 milyon manat və ya 25% artıqdır. Xatırladaq ki, 2022-ci ilin sonunda bankın ümumi kredit portfeli 1 milyard 422 milyon manat idi. Qiymətli kağızlara yatırılan vəsait isə 14 milyon manat artaraq 185 milyon manat yüksəlib.
Depozit portfeli sürətlə böyüyür
2023-cü ilin 1-ci rübünə «Xalq Bank»ın öhdəlikləri 300 milyon manat yaxın artaraq 2,2 milyard manata, depozit portfeli isə 1,9 milyard manat yaxınlaşıb. İlin əvvəli ilə müqayisədə depozit portfeli 334 milyon manat və ya 21% artıb.
«Xalq Bank»ın cəmi kapitalı isə 30 milyon manat artaraq 480 milyon manat yüksəlib.