Ölkənin aparıcı banklarından olan Xalq Bank Türkiyə Respublikasının Ziraat Bankının dayanıqlı inkişafın maliyyələşdirilməsi kriteriyalı beynəlxalq sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
FED.az xəbər verir ki, məbləği 1.75 milyard dollar məbləğində olan irihəcmli kreditləşmədə 29 ölkədən 69 bank yer almışdır. Layihə üzrə əsas meyar olaraq dayanıqlı kənd təsərrüfatının təşviqi və karbon emissiyalarının azaldılmasını dəstəkləyən layihələrin maliyyələşdirilməsi çıxış edir.
Layihənin kreditləşmə meyarları Xalq Banka dayanıqlı inkişaf və sosial məsuliyyətlə bağlı beynəlxalq standartlara uyğun layihələrə maliyyə dəstəyi vermək imkanı təqdim edir. Xatırladaq ki, davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub və Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürməklə özünün 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının prioritetlərində də nəzərdə tutulmuş ekoloji, sosial və korporativ idarəetmə istiqamətində fəaliyyət proqramını təkmilləşdirməyə davam edir.
Beynəlxalq sindikat krediti layihəsində iştirak Xalq Banka yeni maliyyə partnyorları ilə əlaqələr qurmağa və qlobal bazarlarda mövqeyini möhkəmləndirməyə imkan verir. Qeyd edək ki, Xalq Bank əvvəlki illərdə də ESG və dayanıqlı inkişaf standartlı sindikat kreditləşməsi layihələrində iştirak etmişdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.