Ölkənin 4-cü ən böyük bankı ASC “Xalq” bankı (Xalq Bank) kapitalında payı olduğu ləğv prosesində olan “Bakı Ayaqqabı-2” ASC-də payını artırıb.
Eləcə də bax: "Xalq Bank" cari ilin ilk rübünün yekunlarını açıqladı - HESABAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Xalq Bank”ın bu səhmdar cəmiyyətdə payı 98,36%-dən 98,41%-ə qədər artıb. Bildirməliyik ki, 2017-ci ildə bankın payı 98,25% təşkil edirdi.
Bakı Ayaqqabı 2 – hər bir səhmi 2 manat olmaqla ümumi 5 588 288 manatlıq nizamnamə kapitalı var. 1980-ci ildə fəaliyyət göstərməklə əsas fəaliyyət sahəsi ayaqqabı istehsalı olub. Lakin, ASC 1999-cu ildən fəaliyyini dayandırıb. Bankın audit hesabatında qeyd edilir ki, bununla bank səhmdar cəmiyyətin investisiya əmlakını istifadə etmək məqsədi dayanır.