Xalq Bankın rəhbər heyəti və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə martın 15-də Müşfiqabad qəsəbəsində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etdi.
Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında həyata keçirilmişdir. Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumən 1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.
Aksiya zamanı meşə massivinin salınması məqsədilə ayrılmış sahədə müxtəlif ağaclar əkilmiş, həmçinin damcılı suvarma sisteminin qurulması işləri həyata keçirilmişdir.
Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi Facebook və Instagram səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.