Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov bu vəzifəsindən uzaqlaşıb. FED.az xəbər verir ki,
Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Xalid Əhədov ABB-nin Müşahidə Şurasının üzvü seçilib.
Müşahidə Şurasının yeni üzvü Xalid Əhədov 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini «Maliyyə və kredit» ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2011-2012-ci ildə Avropanın Instituto de Empresa (IE) biznes məktəbində (Madrid) MBA təhsili alıb. 1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin dekabrından son təyinata qədər “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri olub.
Xalid Əhədov Beynəlxalq Bankın idarə heyətinin sədri vəzifəsindən getdi - RƏSMİ
17:38
14 Mart 2018