Eyni sualı Bankın İdarə Heyətinin sədri Xalid Əhədova da ünvanladıq.
- Xalid müəllim, ABB-nin doğrudan da özəlləşdiriləcəyinə inanırsınız? Çünki bununla bağlı cəhdlər bir neçə dəfə olub. Hələ mərhum Heydər Əliyevin vaxtında bununla bağlı fərman da olmuşdu, həmin fərmanda strateji investorun adı da çəkilirdi. Amma son nəticədə bu məsələ alınmadı. Sizcə bu dəfə bu işi başa çatdırmaq mümkün olacaq?
- Bildiyim qədər, o vaxt məsələ bir qədər fərqli olub. Bankın sabiq menecmenti özəlləşdirmədə maraqlı olmayıb və s. Amma indi tamam başqa reallıqlardır. Hökumətin özəlləşdirməyə cavabdeh orqanının qərarları əsasında müvafiq addımları görəcəyik.
Bizsə öz “ev tapşırıqlarımızı” əla qiymətlə yerinə yetirmək niyyətindəyik!
Beynəlxalq Bankın sədri Xalid Əhədovla eksklüziv müsahibənin tam mətni ilə FED.az saytında saat 14:30-da tanış ola bilərsiniz.