“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiya (“ABB-Moskva”) və Gürcüstandakı (“ABB-Gürcüstan”) törəmələri sağlamlaşdırma prosesindən keçib”. FED.az APA-ya istinadən xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
“Hər iki bank fəaliyyət göstərdiyi ölkələrin hüquqi tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Onların balansları təmizdir, kapitalları yetərli səviyyədədir. Lakin bizim üçün əsas olan ana bankın (ABB) sağlamlaşdırılmasıdır”, - deyə o qeyd edib.
Xalid Əhədov: ABB-nin Rusiya və Gürcüstandakı törəmələri sağlamlaşdırma prosesindən keçib
12:40
21 İyun 2017