“Yapı Kredi Bank Azərbaycan” 1 Noyabr – 31 Dekabr 2021 tarixlərində müştəriləri üçün “Vadaa 9 Yaşa 9 Hədiyyə” kampaniyasını təqdim edir.
Bankdan FED.az-a verilən məlumata görə, kampaniya müddətində, ən çox məbləğdə əməliyyat (alış-veriş və/və ya nağdlaşdırma) etmiş 9 “Worldcard” müştərisi hədiyyə əldə edəcək.
Kampaniya Worldcard Classic, Gold ve Platinum kartlarla Yapı Kredi Bank və digər bankların həm ölkədaxili, həm də ölkəxarici POS terminal, ATM ve Online əməliyyatlarına şamil edilir.
Ətraflı məlumat üçün *0444 və ya https://www.worldcard.com.az/kampanyalarimiz/world-kampanyalari/9-yasimizda-hediyyekampaniyasi/s-23/c-3874.aspx
HƏDİYYƏLƏR
- Ən çox məbləğdə əməliyyat (alış-veriş və/və ya nağdlaşdırma) etmiş müştəri iPhone13 128 GB əldə edəcək.
- İkinci sıradakı müştəri iPad Air 4 64 GB əldə edəcək.
- Üçüncü sıradakı müştəri Laptop əldə edəcək.
- Dördüncü sıradakı müştəri Airpod əldə edəcək.
- Beşinci sıradakı müştəri Geyim partnyor mağazalarımızdan 200 AZN məbləğində alış-veriş çeki əldə edəcək.
- Altıncı sıradakı müştəri Kosmetika partnyor mağazalarımızdan 150 AZN məbləğində alış-veriş çeki əldə edəcək.
- Yeddinci sıradakı müştəri 100 AZN Bal əldə edəcək.
- Səkkizinci sıradakı müştəri 75 AZN Bal əldə edəcək.
- Doqquzuncu sıradakı müştəri 50 AZN Bal əldə edəcək.
Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar