“Yapı Kredi Bank Azərbaycan” Worldcard kredit kartı müştəriləri üçün fürsətlərlə dolu “Yeni il” kampaniyasını təqdim edir.
FED.az xəbər verir ki, 1 dekabrdan 31 dekabra qədər ölkədaxili bütün POS terminallardan və xarici saytlardan edilən alış-verişlər zamanı ödənişləriniz 3 hissəyə bölünəcək!
Kampaniya bütün digər bankların POS terminallarında da keçərlidir!
Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.