“Bank sektoru üçün böhran artıq arxada qalıb”.
FED.az xəbər verir ki, bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Eləcə də bax: Son bir ildə bank sektorunun - AKTİVLƏRİ ARTIB
V.Qasımlı deyib ki, bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsidir və iqtisadiyyat inkişaf edirsə, bank sektoru da inkişaf edir: “Digər mühüm yenilik odur ki, Azərbaycanda dövlətin monitorinq və qiymətləndirilməsi tam rəqəmsallaşdırılıb, monitorinq.az portalı istifadəyə verilib”.
Apa