"Bank VTB (Azərbaycan)"ın yeni xidməti "VTB Online" internet-bankinqi "ASAN İmza" mobil elektron imza ilə inteqrasiya edilib.
Avtorizasiya üzrə əməliyyatları və elektron sahədə imzalanmanı əlavə cihazlardan istifadə etmədən yalnız mobil telefon vasitəsilə həyata keçirmək bu xidmətin əsas üstünlüyüdür. Bu zaman əməliyyatların icrası üçün tələb olunan imza və avtorizasiya rəqəmsal açarları SİM-kartın içində saxlanılır.
"ASAN İmza" mobil elektron imzanın istifadəsi "VTB Online" internet-bankinq müştərilərinə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir. "VTB Online" "Bank VTB (Azərbaycan)"ın fərdi və korporativ müştərilərinə istənilən yerdə və vaxtda öz hesablarını internet vasitəsilə idarə etməyə şərait yaradır. Xidmətə qoşulmaq üçün "Bank VTB (Azərbaycan)"ın müştəriləri bankın şöbələrinə yaxınlaşaraq distant xidmət sisteminə qoşulmaq üçün müqavilə imzalamalıdırlar. İnternet-bank xidməti "Bank VTB (Azərbaycan)" müştərilərinə pulsuz təqdim edilir.