Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması qərarı səbəbindən Londondakı baş Avropa ofisini tərk etmək istəyini açıqlayan ilk iri bank - "VTB Kapital" olub.
Rbc.ru xəbər verir ki, "VTB Kapital" Brexit səbəbindən mənzil-qərargahını Londondan köçürmək niyyətindədir. Bu barədə bankın idarə heyətinin sədr müavini Herbert Мos deyib.
O bildirib ki, bankın rəhbərliyi Frankfurt, Paris və Vyanada Avropa mənzil-qərargahının yerləşdirilməsi üçün bir neçə alternativ variantı nəzərdən keçirir. Bu məsələ ilə bağlı ilin sonunadək qərar veriləcək.
"Bizim London ofisində böyük planlarımız var idi. Lakin Brexitdən sonra artıq planlarımızı başqa yerdə qurmağa çalışırıq", - deyə H.Мos bildirib.