«VTB Bank» müştərilərə təklif etdiyi “Sərfəli” əmanət və “Hədəf” əmanət məhsulu üzrə faiz dərəcələrini artırıb.
Azərbaycan banklarında ən sərfəli – MANAT ƏMANƏTLƏRİ - BANKLAR, ŞƏRTLƏR (May, 2024)
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə faizlərdə xeyli artım gözə çarpır.
Bankın əvvəlki ayda açıqladığı “Sərfəli” əmanət məhsulunda manatda faizlər (aylıq ödənildikdə) 12, 18, 24 və 36 aylıq əmanətlər üçün 9% təşkil edirdisə, mayda bu rəqəmlər müvafiq olaraq 12 aylıq əmaətlər üzrə 10%, 18, 24 və 36 aylıq əmanətlər üzrə 10,5% müəyyən olunub.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə gəlirlilik artıb belə ki, 1 illik əmanətlərdə faizlər 9,5%-dən 10,5%-ə, 18, 24 və 36 aylıq əmanətlərdə 9,5%-dən 11%-ə qalxıb.
Qeyd edək ki, xarici valyutada da faizlərdə artım var. USD valyutasında əmanət yerləşdirmək istəyən şəxslər əvvəlki ay faizlərin aylıq hesablanması şərti ilə 1 illik və 18 aylıq əmanətlərdən 2,5%, 24 aylıq əmanətlərdən isə 1,4% gəlir qazanırdılarsa mayda 1 illik əmanətlər üzrə gəlirlilik göstəricisi 4%-ə qalxıb, digər aylar üzrə göstəricilər eyni olaraq qalır. Faizlərin müddəti sonu hesablanması variantında da 1 illik əmanətlər üzrə gəlirlilik göstəricisi əvvəlki ayla müqayisədə 3%-dən 4,5%-ə qalxıb.
“Hədəf” əmanət məhsulunda faizlərin müddətin sonunda hesablanır və aprel ayında manatda faizlər (aylıq ödənildikdə) 12, 18, 24 və 36 aylıq əmanətlər üçün 9,25% təşkil edirdisə, mayda bu rəqəmlər müvafiq olaraq 12 aylıq əmanətlər üzrə 10,25%, 18, 24 və 36 aylıq əmanətlər üzrə 10,5% müəyyən olunub.
Xarici valyutada isə əmaətlərin gəlirlilik göstəriciləri eyni olaraq qalır.