«VTB Bank» müştərilərə təklif etdiyi “Sərfəli” əmanət üzrə faiz dərəcələrini dəyişib.
«Bank VTB Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə əmanət faizlərində artımlar gözə çarpır.
Bankın əvvəlki ayda açıqladığı “Sərfəli” əmanət məhsulunda manat əmanətində faizlər aylıq ödənildiyi variantda 3 aylıq əmanətlərdə 3% , 6 aylıq əmanətlərdə 6%, 9 aylıq əmanətlərdə 7%, 12 aylıq əmanətlərdə 10,5%, 24 aylıq əmanətlərdə 10,75% və 36 aylıq əmanətlərdə 11% gəlirlilik faizi müəyyən edilmişdi. Yanvarda bu rəqəmlər 3, 6 və 9 aylıq əmanətlər üzrə dəyişməz qalıb 12, 24 və 36 aylıq əmanətlərdə faiz gəlirliliyi 10% müəyyən olunub.
Dollar əmanətinə nəzər saldıqda artım nəzərə çarpır. Belə ki, keçən ay dollar əmanəti üzrə göstəricilər 3 aylıq əmanətlərdə 0,25% , 6 aylıq əmanətlərdə 0,6%, 9 aylıq əmanətlərdə 0,9%, 12 və 24 aylıq əmanətlərdə uyğun olaraq 1,4% müəyyən edilmişdi. Yanvarda 12 aylıq əmanətlə üzrə gəlirlilik faizi 1,4%-dən 2,5%-ə qalxıb, digər faizlər isə dəyişməz olaraq qalır.
Faizlərin müddətin sonunda hesablanması varinatında manat əmanəti üzrə faiz göstəricisi keçən ay 3 aylıq əmanətlərdə 4%, 6 aylıq əmanətlərdə 7%, 9 aylıq əmanətlərdə 8%, 12 aylıq əmanətlərdə 11%, 24 aylıq əmanətlərdə 11,25% və 36 aylıq əmanətlərdə 11,5% təşkil edirdi. Yanvar ayında 3, 6 və 9 aylıq əmanətlər üzrə faiz gəlirliliyi dəyişməz olaraq qalıb, 12, 24 və 36 aylıq manətlər üzrə isə göstərici 10,5% müəyyən edilib.
Dollar əmanətində artımlar var. Belə ki, keçən ay 3 aylıq əmanətlərdə faiz göstəricisi 0,3%, 6 aylıq əmanətlərdə 0,7%, 9 aylıq əmanətlərdə 1%, 12 və 24 aylıq əmanətlərdə 1,5% təşkil edirdisə, yanvarda 12 aylıq əmanətlər üzrə olan göstərici 2 qat artaraq 1,5%-dən 3%-ə yüksəlib. Digər aylar üzrə olan göstəricilər dəyişməz olaraq qalır.