Azərbaycanda maliyyələşdirmə üçün keyfiyyətli müştəri və layihələrin çatışmazlığı hiss olunur.
FED.az məlumat verir ki, "VTB Bank (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.
Eləcə də bax: "VTB Bank" kredit sorğularının baxılmasını - SÜRƏTLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
“Hazırda bank sektorunun likvidliyi kifayətdir. Lakin bizim keyfiyyətli biznes kreditlərin və keyfiyyətli sahibkarların axtarışı ilə bağlı çətinliklərimiz var (kreditləşdirilmə üçün - İF)”, - Kirin jurnalistlərlə görüşdə bildirib.
Eyni zamanda, Kirin vurğulayıb ki, "VTB Bank (Azerbaijan)" bankın tələbləri ilə narazı olan müştərilərlə danışıqlar aparmağa hazırdır.
“Sözsüz ki, biznesin inkişafında maraqlıyıq və hər zaman biznes ilə fəal əməkdaşlıq edən banklardan biri olmuşuq. Əgər hər hansı səbəbdən sahibkarlar hesab edirlər ki, bankın tələbləri yüksəkdir, o zaman qarşılıqlı məqbul şərtlərə nail olmaq məqsədilə danışıqlar masası ətrafında bütün məsələləri müzakirə etməyə hazırıq”, - Kirin əlavə edib.
Son zamanlar Azərbaycan və Mərkəzi Bankın rəhbərliyi iqtisadiyyatın real sektorunun inkişafında bank sektorunun iştirakının genişləndirilməsi, həmçinin biznes kreditlərin həcmi və sayının artırılmasının zəruriliyi barədə bəyan ediblər. Eyni zamanda, iri banklar biznesin maliyyələşdirilməsinin artırılmasına hazır olduqlarını qeyd edirlər, lakin krdeit resursları cəlb etməyə hazır olan biznes müşatərilərinin sayının az olmasından gileylənirlər.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
İnterfaks