"VTB Bank (Azerbaijan)" ASC müştərilərin kredit sorğularının baxılmasını sürətləndirməyə yönəlib.
FED.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Yevgeni Kirin deyib.
“Prioritet vəzifələrimizdən biri müştərilərin kredit sorğularının baxılmasının sürətləndirilməsidir. Hazırda xarici tərtibatçılarla birgə müəyyən iş aparılır”, - Kirin çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, layihənin 2020-ci ilin ikinci yarısında reallaşdırılması planlaşdırıır.
“Bu addım müştərilərimizə kreditin əldə olunmasına az zaman sərf etmələrinə imkan yaradacaq”, - Kirin bildirib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.