Bir müddət öncə VTB qrupun Avropada yerləşən banklarının birləşməsi haqqında məlumat verilmişdi. Bəs görəsən VTB -nin Avropada banklarını vahid mərkəzdə birləşdirməsi VTB Azərbaycandan yan keçməyib? Fins.az-ın bu sualına cavab olaraq VTB Bank Azərbaycandan bildirilib ki, Bank VTB-nin Avropa törəmə təşkilatlarının birləşməsi bank VTB (Azərbaycan)-ın fəaliyyətinə təsir göstərməyəcək.
Xatırladaq ki, bir müddət öncə VTB qrup Avropada yerləşən törəmə bankları birləşdirərək vahid lisenziya altında fəaliyyət göstərəcək. Belə ki, Avropada fəaliyyət göstərən VTB Bank (Austria) AG, VTB Bank (Deutschland) AG və VTB Bank (France) birləşərək VTB Bank (Europe) adı altında fəaliyyətə başlayıb.
Mərkəzləşmə bankın məhsul portfelini bütün Avropa müştəriləri üçün açıq edir. Məlumatda qeyd olunur ki, bankın Avropa üzrə mərkəzləşdirilmiş sistemə keçməsi VTB qrupa hər il 40 milyon avro qanaət etməyə imkan verir. Qeyd edək ki, bu məbləğ ümumi xərclərin 40% təşkil edir.