2025-ci ildə “VTB Bank Azərbaycan”ın gəlirləri əvvəlki illə müqayisədə 16,8% artaraq 55 milyon 341 min manata çatıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı “VTB Bank Azərbaycan”ın gəlir mənbələrini araşdırıb.
Bankın gəlir strukturuna baxıldıqda, “VTB Bank Azərbaycan”ın ən böyük gəlirləri bir çox bankda olduğu kimi kredit portfeli üzrə faiz gəlirlərinə düşür, bu sahədən 31 milyon 790 min manat qazanılıb ki, bu da ümumi gəlirin 57%-i deməkdir. Bu gəlirlər də bir ildə 16,8% çoxalıb
İkinci ən böyük gəlir mənbəyi valyuta əməliyyatları üzrə müşahidə olunub, bank bu dövrdə 9 milyon 498 min manat gəlir əldə edib ki, bu da ümumi gəlirlərin 17%-ni təşkil edir. Bu göstərici bir ildə 4% azalıb.
Digər banklara verilmiş kreditlərdən gəlirlər 5 milyon 614 min manat olub, bu isə ümumi gəlirlərdə 10%-lik pay deməkdir və bir ildə 92,2% artıb.
Komissiya haqları bankın gəlirlərinə 4 milyon 85 min manat qatıb, başqa sözlə desək ümumi gəlirlərin 7%-lik hissəsi bu mənbədən formalaşıb. Komissiya gəlirləri bir ildə 62,2% çox olub.
Bank digər banklara depozit yerləşdirərək ümumi gəlirlərin 3%-i həcmində - 1 milyon 493 min manat qazanc əldə edib. Əvvəlki ildə bu mənbədən qazanc olmayıb.
Qiymətli kağızlara investisiyadan gəlir bankın gəlirlərinə cüzi dəstək verib, 1 milyon 95 min manat və ya ümumi gəlirlərin təxmini 2%-i qədər olub və illik müqayisədə 45,6% azalıb.
Digər gəlirlərə gəlincə, digər faiz gəlirləri 453 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 313 min manat olub. Müvafiq olaraq ümumi gəlirlərin 1% və 2% hissəsini tutub. Digər faiz gəlirləri cüzi artım göstərsə də, digər qeyri-faiz gəlirləri 46% az olub.
2024-2025-ci illər ərzində “VTB Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
27 229 |
57% |
31 790 |
57% |
16,80% |
|
QK-a investisiyadan gəlir |
2 014 |
4% |
1 095 |
2% |
-45,60% |
|
Digər banklara kreditlərdən gəlirlər |
2 921 |
6% |
5 614 |
10% |
92,20% |
|
Digər banklara depozitlərdən gəlirlər |
0 |
0% |
1 493 |
3% |
artım |
|
Komissiya haqları |
2 518 |
5% |
4 085 |
7% |
62,20% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
9 843 |
21% |
9 498 |
17% |
-4% |
|
Digər faiz gəlirləri |
447 |
1% |
453 |
1% |
1,00% |
|
Digər qeyri-faiz gəlirləri |
2 428 |
5% |
1 313 |
2% |
-46,00% |
|
|
|||||
|
Cəmi gəlirlər |
47 400 |
100% |
55 341 |
100% |
16,80% |












