«VTB Bank (Azerbaijan)» ASC Rusiya İxrac Mərkəzi və RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyi ilə birlikdə iki ölkənin biznes strukturları üçün elektron ticarət meydançasını istifadəyə verməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin üzvü Yasin Cəlilov bəyan edib.
“Yaxın zamanda RİM və RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyi ilə birlikdə elektron ticarət meydançasını istifadəyə verməyi planlaşdırırıq. Həmin meydançada Azərbaycan və RF şirkətləri tərəfdaşlıq münasibətləri təşkil edə biləcəklər. Beləliklə, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcəyik”, - Cəlilov bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu layihədə “VTB Bank (Azerbaijan)” maliyyə tərəfdaşı qismində iştirak edəcək. “Bu layihə çərçivəsində xidmətərimizin geniş spektrini təqdim etməyi planlaşdırırıq, hansılardan ki, ilk növbədə, Azərbaycan şirkətləri istifadə edə biləcəklər”, - o əlavə edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur. (İnterfaks)