"VTB Bank (Azerbaijan)” ASC 2021-ci ilin I yarısında aktivlərini 9,7% - 205 milyon 575,72 min manata qədər artırıb.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,6% - 159,301 milyon manatdək artıb. Bankın istehlak kreditləri üzrə portfeli 31,161 milyon manat (artım 49,2%), biznes kreditləri üzrə portfeli - 101,091 milyon manat (artım 22,7%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 140 milyon 352,85 min manat (artım 13,7%), depozit portfeli 87 milyon 752,48 min manat (artım 16,5%), o cümlədən fiziki şəxslərin əmanətləri 40 milyon 998,64 min manat təşkil edir (artım 4,6%).
İyulun əvvəlinə bankın kapitalı 66 milyon 222,88 min manat (artım 2%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
I yarımillikdə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 986,05 min manat təşkil edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur. (İnterfaks)