“VTB Bank (Azerbaijan)” ASC 2021-ci ilin I rübündə aktivlərini 12,5% - 141,587 milyon manata qədər artırıb.
Eləcə də bax: Banklar 1-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Bankın istehlak kreditləri üzrə portfeli 23,052 milyon manat (artım 10,4%), biznes kreditləri üzrə portfeli 93,583 milyon manat (artım 13,6%) təşkil edib.
Hesabat dövründə bankın aktivləri 184 milyon 380,92 min manat məbləğində olub.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 120 milyon 251,26 min manat, depozit portfeli 66 milyon 200,03 min manat, o cümlədən fiziki şəxslərin əmanətləri 39 milyon 41,83 min manat təşkil edir.
2021-ci il aprel ayının əvvəlinə bankın kapitalı 64 milyon 129,66 min manat (artım 0,3%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
I rübdə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 179,06 min manat təşkil edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur. (İnterfaks)