"VTB Bank (Azerbaijan)" ASC-nin müştəriləri tərəfindən 2019-cu ildə 20 milyon manat məbləğində problemli kreditlər ödənilib.
Eləcə də bax: Bank rəhbəri: «Əmanətlərlə bağlı yeni qərar yaxın vaxtda açıqlanacaq»
FED.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Yevgeni Kirin məlumat verib.
“Ötən il 20 milyon manat məbləğində vaxtı keçmiş kredit ödənilib. Qeyd etmək lazımdır ki, bu məbləğin 13 milyon manatı korporativ sektor üzrə kreditlərin payına düşür”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, 2019-cu il bank üçün işlək kredit portfelinin artması ilə əlamətdar olub.
“Ötən il bankın işlək kredit portfeli 40 milyon manat artıb. Bu artımın 70%-i biznes kreditlərin payına düşür”, - deyə Y.Kirin əlavə edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən Azərbaycan “AF-Bank”ının səhmlərinin 51%-nin alınmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.